AFFA İntizam Komitəsi (İK) bu gün keçirilən iclasında Topaz Premyer Liqasının IX turunda baş vermiş neqativ halları müzakirə edib. Matç.az saytının məlumatına görə, ötən həftəsonu baş tutan qarşılaşmalardakı qayda pozuntuları öz hüquqi qiymətini tapıb.

"Keşlə" ilə oyunun 49-cu dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan "Səbail"in yarımmüdafiəçisi Yevgeni Koçuk qarşıdakı matçı buraxmalı olacaq. Buna görə, klub 200 manat cərimə olunub.

"Neftçi" – "Qarabağ" matçında birincilərin 5, ikincilərin isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat məbləğində cərimələnib. Qarşılaşmanın 58-ci dəqiqəsində "Neftçi" azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi kluba daha 800 manat cərimə bahasına başa gəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest