04 Avqust 2019, 20:35
DÖYÜŞ NÖVLƏRİ
Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Rəşad Əliyev və Məhəmmədəli Quluzadə beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar.
Polşanın Poznan şəhərində Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün seminarı keçirilib. Matc.az xəbər verir ki, seminarda ədalət təmsilçiləri beynəlxalq dərəcəli hakim adı almaq üçün imtahan veriblər.
Nəticədə Azərbaycanın ədalət təmsilçilərindən Rəşad Əliyev və Məhəmmədəli Quluzadə beynəlxaq dərəcəli hakim adına layiq görülüblər. Onlar seminara Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə qatılıblar.
Namizədlərlə öncə nəzəri və ingilis dili biliklərinin yoxlanması məqsədi ilə müsahibə keçirilib. Növbəti iki gün ərzində namizəd hakimlər tatami üzərində Avropa Kubokunun görüşlərini idarə edərək praktik imtahan veriblər. Hakimlərimiz Poznanda keçirilən gənclərin Avropa Kubokunun görüşlərini uğurla idarə ediblər.