Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" - "Bney Yehuda" oyunu öncəsi komandaların baş məşqçiləri media önünə çıxacaq. Sabah ilk olaraq "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı baş tutacaq.

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" – "Bney Yehuda" oyunu öncəsi komandaların baş məşqçiləri media önünə çıxacaq. Matc.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, sabah ilk olaraq "ağ-qaralar"ın baş məşqçisi Roberto Bordinin mətbuat konfransı baş tutacaq.

İtaliyalı mütəxəssis və yarımmüdafiəçi Namik Ələskərovun iştirakı ilə "Bakcell Arena"da keçiriləcək konfrans saat 17:30-da başlayacaq. Bundan yarım saat sonra "flaqman"ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi baş tutacaq.

Həmin gün "Bakcell Arena"da "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis və futbolçu Dan Morinin mətbuat konfransı, həmçinin komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 20:30-da, məşq isə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, avqustun 8-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Bney Yehuda" oyunu saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest