Avqustun 11-də  Qəbələdə  "Qafqaz Sport" oteldə  MMA üzrə ilk peşəkar Azərbaycan liqası olan "AFC - ASED FİGHTING CHAMPIONSHIP"  bölgələr turuna start veriləcək. Matc.az xəbər verir ki, yarışdan bir gün öncə "Qəbələnd" istirahət mərkəzində "Face to face" (döyüşçülərin üz-üzə gəlmə tədbiri) olacaq.

Yarışda ümumilikdə 12 döyüş keçiriləcək ki, bunların 4-də "Qəbələ" İdman Klubunun üzvləri öz gücünü sınayacaq.

Turnirdə yerli idmançılarla yanaşı, İran və Rusiyanın Krosnodar vilayətindən olan idmançılar mübarizə aparacaq. öncə "Ased Fight" klubunun "Qəbələ" təmsilçiləri Tərlan Gulalıyev və Fuad Musayev döyüşə çıxacaqlar. Ardından "Qəbələ"nin 2 idmançısı  qalib adı uğrunda mübarizə aparacaq. Gecənin son və əsas döyüşü 61 kq çəki dərəcəsində baş tutacaq ki, burada  "Qəbələ"nin yetirməsi Elgün Həmzəyev və türkiyəli İmran Kerim  kəmər uğrunda münasibətlərini aydınlaşdıracaqlar.

Qeyd edək ki, bu yarış ilk bölgə turniridi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest