Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün IX turunun ən yaxşı futbolçusu məlum olub. Matç.az saytı xəbər verir ki, "İnStat"ın təhlilinə əsasən turun oyunçusu adını "Sumqayıt"ın futbolçusu Şəhriyar Əliyev qazanıb.

"Qəbələ"yə qarşı keçirilən oyunda müdafiəçi dubla imza atıb. Araşdırmalara əsasən Şəhriyar Əliyev turun ən yüksək indeksə malik olan futbolçusudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest