Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "qran-pri" turniri davam edir. Matc.az xəbər verir ki, ikinci yarış günündə güləşçilərimiz daha iki medal qazanıb. 
 
İslam Bazarqanov (57 kq) finalda Gürcüstan təmsilçisi Otari Qoqavaya 4:7 hesabıyla uduzub və gümüş medalı boynundan asıb. Yunan-Roma güləşçimiz Həsən Əliyev (77 kq) isə qırğız Kayratbek Tuqolbayevi 10:1 hesabıyla məğlub edərək bürünc medal əldə edib.
 
Qeyd edək ki, bununla "qran-pri"də medallarımızın sayı 8-ə çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest