"Yuventus"un hücumçusu Kriştianu Ronaldo növbəti dəfə özünü "Barselona"nın kapitanı Lionel Messi ilə müqayisə edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı superulduz yenə özünü həmkarından üstün sayıb.

Ronaldo bunu çempionlar Liqasındakı çıxışı ilə əsaslandırıb: "Messi ilə aramdakı fərq odu ki, mən müxtəlif klublarla çempionlar Liqasını qazanmışam. Ardıcıl 6 dəfə bu turnirin bombardiri olmuşam. çox az adam çempionlar Liqasını 5 dəfə qazanıb. Messi möhtəşəm oyunçudu. O, təkcə "Qızıl top" qazandığına görə xatırlanmayacaq. O, mənim kimi hər il üstün oyun nümayiş etdirib".

Qeyd edək ki, Ronaldo "Real"da çıxış edərkən hər il Messi ilə La Liqa bombardirliyi uğrunda yarışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest