19 Avqust 2019, 18:29
DÖYÜŞ NÖVLƏRİ
Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən təlim-məşq toplanışı əsasən fiziki hazırlıq üzərində qurulub.
Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.