Gənc taekvondoçulardan ibarət Azərbaycan yığması Ukrayna komandasının dəvət ilə Xarkovda təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, Ukrayna, Latviya, Cexiya və Estoniyanı təmsil edən idmançıların qatıldığı məşqlər avqustun 30-na qədər davam edəcək.

Təlim-məşqlərin son günü taekvondoçular arasında sınaq döyüşləri keçiriləcək.

Qeyd edək ki, baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov təlim-məşqlərə 14 idmançı ilə qatılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest