Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatı davam edir. Matc.az saytının məlumatına görə, bu gün Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulub.

Belə ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımovla Zelim Kotsoyev tatamiyə çıxıb.

 

100 kq

Zelim Kotsoyev braziliyalı Leonardo Qonçalveşi məğlub etsə də, 1/16 finalda Yaponiya təmsilçisi Aaron Volfa (Yaponiya) yenilib.

Elmar Qasımov ardıcıl olaraq Daniel Mukete (Belarus) və Arman Adamyan (Rusiya) üzərində qələbə qazanaraq, 1/8 finala adlayıb. Onun bu mərhələdəki rəqibi Rafael Buzakarini olub. Braziliyalıya da aman verməyən idmançımız 1/4 finalda isə hollandiyalı Mixael Korreli üstələyib. Qasımovun final yolundakı son rəqibi Xorxe Fonseka (Portuqaliya) olub. Təəssüf ki, idmançımız bu dəfə məğlubiyyətə düçar olub. Buna baxmayaraq, Qasımov bürünc medal şansını davam etdirib. O, Kotsoyevi mübarizədən kənarlaşdıran Aaron Volfla üz-üzə gəlib. Yaponiya təmsilçisi Qasımova da qalib gəlib.

 

Qeyd edək ki, əvvəlki yarış günlərində 73 kq çəkidə Rüstəm Orucov gümüş, Hidayət Heydərov bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest