02 Noyabr 2018, 17:01
MPL
"Neftçi" Topaz Premyer Liqasının X turunda qarşılaşacağı "Keşlə" ilə sabahkı oyunun hazırlığını başa vurub. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oyunöncəsi son məşq "Türk Hava Yolları Futbol Mərkəzi"ndə olub.
Əsas heyətin 3 üzvü - Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Qoran Paratski zədəli olduqları üçün məşqdə yenə iştirak etməyiblər. Onlar sabahkı qarşılaşmada baş məşqçi Roberto Bordinin ixtiyarında olmayacaqlar.
Qeyd edək "ASK Arena"da baş tutacaq "Keşlə" – "Neftçi" matçı 17:00-da start götürəcək.