31 Avqust 2019, 14:50
DÖYÜŞ NÖVLƏRİ
Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub. Matc.az saytının məlumatına görə, bu gün son iki cüdoçumuz tatamiyə çıxıb və uğursuz nəticə ilə yadda qalıb.
Bununla Azərbaycan idmançıları mundialın fərdi yarışlarını 1 gümüş, 1 bürünc medalla tamamlayıb. Belə ki, 73 kq çəkidə Rüstəm Orucov ikinci, Hidayət Heydərov isə üçüncü yeri tutub.
Sabah isə qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisi ilk olaraq 1/8 finalda Portuqaliya ilə qarşılaşacaq.