Topaz Premyer Liqasının X turunda "Neftçi"ni qəbul edən "Keşlə" itki ilə üzləşib. Matç.az saytının məlumatına görə, baş məşqçi Tərlan Əhmədov erkən əvəzləməyə əl atmalı olub.

Belə ki, müdafiəçi Azər Salahlı 25-ci dəqiqədə sol ayağında ağrılar hiss edib. Əzələsinin dartıldığı ehtimal edilən 24 yaşlı cinah oyunçusu həkimlərin müdaxiləsinə baxmayaraq, mübarizəni davam etdirə bilməyib. Nəticədə 29-cu dəqiqədə onu Vaqif Cavadov əvəzləyib.

Qeyd edək ki, hazırda ilk hissəsi davam edən "Keşlə" – "Neftçi" qarşılaşmasında qonaqlar 1:0 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest