Bu gün Gənclər və İdman Nazirliyinin (AGİN) rəsmiləri Olimpiya Güləş Mərkəzində olub. Matc.az xəbər verir ki, nazir müavini İsmayıl İsmayılov, AGİN-in İdman şöbəsinin müdiri Fərid Mansurov və aparıcı mütəxəssis Yaşar Rzayev Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla birgə sentyabrın 14-22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatında ölkəmizi təmsil edəcək güləşçilərlə görüşüb.

Onlar həm yunan-Roma, həm də sərbəst güləş üzrə millilərimizin üzvlərinə lisenziya xarakterli mundialda uğurlar arzulayıb və onların qalib gələcəklərinə inandıqlarını dilə gətiriblər.

Qeyd edək ki, yarışın ilk günlərində mübarizə aparacaq yunan-Roma güləşçilərimiz sabah Qazaxıstana yollanacaq. Sərbəst güləşçilər isə sentyabrın 16-da səfərə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest