Macarıstanda 23 yaşadək cüdoçular arasında keçirilən Avropa birinciliyi davam edir. Matç.az Azərbaycan Cüdo Federasiyasının saytına istinadən xəbər verir ki, mötəbər yarışın 2-ci günü də Azərbaycan millisi üçün uğurlu olub.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüfət Məmmədov yalnız final görüşündə uduzaraq qitə birinciliyinin gümüş medalını qazanıb. Bosniya və Herseqovina, Ermənistan, Almaniya, Gürcüstan və İtaliya idmançılarına qalib gələn Azərbaycan cüdoçusu həlledici qarşılaşmada Kosovo təmsilçisinə məğlub olaraq 2-ci yeri tutub. Qeyd edək ki, Avropa birinciliyinin ilk günü cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest