UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turnirinin adı müəyyənləşib. Matc.az "Bild" nəşrinə istinadən xəbər verir ki, qurum həmin turniri Konfrans Liqası adlandıracaq. 
 
Konfrans Liqasının 2021/22 mövsümündən etibarən başlaması nəzərdə tutulub. Bu, çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.
 
Yarışın formatının çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi ehtimal olunur. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda üçüncü olan komanda ilə mübarizə aparacaq. Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest