19 İyul 2026, 18:00
FUTBOL
Uruqvayda II Liqanın 11-ci turu çərçivəsində keçirilən "Rentistas" – "Serrito" matçında qeydə alınan insident səbəbindən bütün futbol liqalarında oyunlar təxirə salınıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Sport.es" idman nəşri məlumat yayıb.
Bildirilir ki, qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın final fiti səsləndikdən sonra meydan sahibləri hakim idarəçiliyindən və ləğv edilən qoldan narazılıqlarını ifadə etməyə başlayıblar.
Bu etirazlar daha sonra kütləvi zorakılığa çevrilib və nəticədə futbolçulardan biri ağır xəsarət alıb. Yaranan qarşıdurmanı yatırmaq üçün prosesə müdaxilə edən Uruqvay hüquq-mühafizə orqanları ilə yerli azarkeşlər arasında da kütləvi qarşıdurma qeydə alınıb.













