İtaliyanın "Yuventus" klubu "Monako"nun amerikalı hücumçusu Folarin Baloqanı transfer etmək üçün hərəkətə keçib.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" idman nəşri məlumat yayıb.

Bildirilir ki, 25 yaşlı forvarda olan maraq onun dünya çempionatındakı çıxışından sonra kəskin artıb. ABŞ millisinin heyətində 3 qol vuran futbolçu turnirdə aldığı qalmaqallı qırmızı vərəqənin Donald Trampın müdaxiləsi ilə ləğv edilməsindən sonra da gündəmi zəbt etmişdi.

"Monako" rəhbərliyi isə Turin klubunun hədəfində olan ulduz hücumçunu 50 milyon avrodan aşağı məbləğə satmaq niyyətində deyil. Hazırda oyunçu ilə Dortmundun "Borussiya" və İngiltərənin "Sanderlend" klubları da yaxından maraqlanır.

Qeyd edək ki, Baloqan ötən mövsüm knyazlıq təmsilçisinin heyətində meydana çıxdığı 43 matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest