Futbol üzrə İngiltərə millisinin yarımmüdafiəçisi Cüd Bellinqemin Fransaya qarşı matçda vurduğu qol "Real" futbolçularının dünya çempionatlarında 100-cü olub.

Matc.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Opta" idman-statistika platforması məlumat yayıb.

Bildirilir ki, Madrid klubu dünya çempionatları tarixində bu göstəriciyə çatan ilk komandadır.

Digər klublardan "Bavariya" futbolçuları 87, "Barselona" 78, "İnter" 76, "Yuventus" oyunçuları isə turnir tarixində rəqib qapılarına 62 qol vurublar.

Xatırladaq ki, İngiltərə bürünc medal uğrunda görüşdə Fransaya 6:4 hesabı ilə qalib gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest