"Mançester Yunayted" rəhbərliyi vinger Amad Diallonun klubdakı gələcəyi ilə bağlı yekun qərarını verib.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder, jurnalist Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, "qırmızı şeytanlar" bir neçə başqa klubun maraq dairəsində olmasına baxmayaraq, 24 yaşlı Fil Dişi Sahili millisinin futbolçusunu heyətdə saxlamaq niyyətindədirlər və onu satmağı planlaşdırmırlar.

Qeyd edək ki, Diallo 2021-ci ildə "Mançester Yunayted"ə qoşulub. O, indiyədək Mançester təmsilçisinin heyətində 97 matçda meydana çıxıb, 16 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

İvuarlı vinger geridə qalan 2025/26 mövsümündə isə şans qazandığı 33 qarşılaşmada 2 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest