III Bundesliqada çıxış edən Rüfət Dadaşov yenidən Azərbaycan millisinə çağırılıb. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı Almaniya mətbuatı yayıb.

Bildirilir ki, "Proyssen"in hücumçusu noyabrda UEFA Millətlər Liqasının qrup mərhələsindəki son oyunlara dəvət alıb. Baş məşqçi Qurban Qurbanov oktyabrdakı qarşılaşmalarda olduğu kimi, bu ay Farer adaları və Kosovo ilə görüşlərdə də 27 yaşlı forvardın xidmətinə ehtiyac duyub.

Qeyd edək ki, noyabrın 17-də Bakıda Farer adalarını qəbul edəcək yığmamız bundan 3 gün sonra Kosovonun qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest