23 Oktyabr 2026, 19:57
FUTBOL
“Barselona”nın və İspaniya millisinin gənc ulduzu Lamin Yamalın atası Munir Nasraui sosial şəbəkələrdə yenidən diqqət mərkəzinə düşüb.
Şəxsi maliyyə vəziyyəti ilə bağlı tənqidlərə toxunan Nasraui fikirlərini bu sözlərlə ifadə edib:
“Baxın, kimsə mənə yazır ki, “Get özünə iş tap”. İşləməyimə heç bir ehtiyac yoxdur, dostum. Allaha şükürlər olsun, milyonlarım var”.
Qeyd edək ki, Munir Nasraui vaxtaşırı sosial şəbəkələrdəki canlı yayımları və qalmaqallı açıqlamaları ilə idman mətbuatının gündəminə gəlir.













