İngiltərənin “Mançester Yunayted” klubuna məxsus olan və hazırda icarə əsasında Türkiyənin “Trabzonspor” komandasında çıxış edən qapıçı Andre Onana yol-nəqliyyat hadisəsi keçirib. Matc.az “Daily Express”ə istinadən xəbər verir ki, hadisə Konfrans Liqasının liqa mərhələsinin II turunda “Harts” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra, qolkiperin ailəsi ilə birgə stadiondan evə qayıtdığı vaxt baş verib.

Yüksək sürətlə hərəkət edən başqa bir nəqliyyat vasitəsi Onananın idarə etdiyi avtomobilə arxadan çırpılıb. Zərbənin şiddətindən təcrübəli qapıçının maşını öndə hərəkətdə olan digər avtomobilə dəyib.

Hadisə yerinə dərhal təcili tibbi yardım xidməti cəlb olunub. Onana və ailə üzvləri ehtiyat tədbiri olaraq xəstəxanaya çatdırılsalar da, müayinədən keçdikdən sonra səhhətlərində hər hansı ciddi problem aşkar edilməyib və onlar qısa müddət ərzində evə buraxılıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest