"Yuventus" A seriyasının VI turu öncəsi itki ilə üzləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, müdafiəçi Aleks Sandro düşərgəni tərk edib.

Buna səbəb braziliyalı futbolçunun atasının vəfat etməsidi. Bu üzdən "sambaçı" rəhbərlikdən icazə alaraq vətəninə yollanıb. Onun "Spal"la qarşılaşmada iştirakı sual altındadı.

Qeyd edək ki, "Yuventus" - "Spal" oyunu sentyabrın 28-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest