12 May 2025, 21:57
FUTBOL
"Yuventus"un müdafiəçisi Nikolo Savona İngiltərə Premyer Liqasında çıxış etməyə yaxındır.
Matc.az "Foot Mercato"ya istinadən xəbər verir ki, "Mançester Yunayted" italiyalı futbolçunu transfer etmək istəyir.
"Qırmızı şeytanlar" 22 yaşlı mərkəz müdafiəçisi ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Mançester Yunayted" oyunçunun klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Nikolo Savona "Yuventus"un yetirməsidir. İtaliya millisinin üzvü olan futbolçu bu mövsüm Turin təmsilçisinin heyətində keçirdiyi 36 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.