12 May 2025, 20:40
FUTBOL
65 yaşlı məşqçi ilə DÇ-2026-nın sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Karlo Ançelottinin "Real"dan ayrılacağı dəqiqləşib.
Matc.az xəbər verir ki, italyan mütəxəssis Braziliya milli komandasını çalışdıracaq. Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
65 yaşlı məşqçi ilə DÇ-2026-nın sonunadək nəzərdə tutulan müqavilə imzalanıb.
Karlo Ançelotti İspaniya La Liqasında mayın 25-də keçiriləcək oyundan sonra "Real"dan ayrılaraq Braziliyaya yollanacaq.