"Neftçi"də Kamran Quliyev dönəmi başa çatmaq üzrədi. Matc.az xəbər verir ki, ilk 5 turda ümidləri doğrultmayan "ağ-qaralar"ın lider "Qarabağ"dan 10 xal geri qalması SOCAR-da ciddi narazılığa səbəb olub.

ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılovun dəstəyi sayəsində Bakı klubunda prezident postunu tutan Quliyevin fəaliyyəti hesabat turundan sonra müzakirə olunub. Azarkeşlərin məlum boykotu, böyük pulların qarşılığını verə bilməyən legioner futbolçuların yarıtmazlığı, klubdaxili və komandadaxili intizamsızlıqlar silsiləsi vəziyyəti qəlizləşdirib.

"Neftçi" qışa qədər  adına layiq çıxışla diqqət çəkməsə, çempionluq uğrunda mübarizədən kənarda qalsa, Kamran Quliyev istefaya göndəriləcək. Artıq potensial başqanların ilkin siyahısı da bəllidi. 

fanat.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest