08 Noyabr 2018, 11:13
PARİS-2024
çempionlar Liqasında qrup mərhələsinin IV turunun ən yaxşı qoluna namizədlər müəyyənləşib. Matç.az saytı xəbər verir ki, UEFA 4 iddiaçını açıqlayıb.
"Liverpul"la görüşdə dubl müəllifi olan Milan Pavkovun ("Srvena Zvezda") qollarından biri "dördlük"də yer alıb. Rəhim Sterlinq ("Mançester Siti") "Şaxtyor"un, Otavionun ("Porto") "Lokomotiv"in, Kriştianu Ronaldonun ("Yuventus") "Mançester Yunayted"in qapısından keçirdiyi qollar da turun ən yaxşısı adına namizəddi.