10 Noyabr 2018, 01:59
DÖYÜŞ NÖVLƏRİ
özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə Qran Pri yarışına start verilib. Matç.az Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günündə təmsilçimiz Nicat Şıxəlizadə bürünc medal qazanıb.
66 kq çəki dərəcəsində mübarizə aparan Nicat 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.
Qeyd edək ki, özbəkistan Qran Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir.