Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Malta ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.

Farer adaları yığmasının UEFA Millətlər Liqasında Azərbaycan və Malta ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb. Matç.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Lars Olsen 23 futbolçuya dəvət göndərib.

Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü hücumçudu.

Qapıçılar: Qunnar Nilsen ("Hafnarfyordur", İslandiya), Teytur Gestsson ("Torshavn"), Kristian Yönsen ("Klaksvik")

Müdafiəçilər: Atli Qreqersen, Qunnar Vatnhamar (hər ikisi "Vikinqur"), Yoqvan Roy Davidsen, Maqnus Egilsson (hər ikisi "Torshavn"), Sonni Raqnar Nattestad ("Hörsens", Danimarka), Odmar Feryo ("B36 Torshavn"), Vilyormur Davidsen ("Veyle", Danimarka), Heyni Vatnsdal ("Fremad Amaqer", Danimarka)

Yarımmüdafiəçilər: Gilli Rolantsson Sorensen ("Brann", Norveç), Kay Leo Bartalsstovu ("Vestmannaeyar", İslandiya), Rene Şaki Yönsen ("Qrindavik", İslandiya), Hallur Hansson ("Hörsens", Danimarka), Brandur Hendriksson Olsen ("Hafnarfyordur", İslandiya), Roqvi Baldvinsson ("Bryune", Norveç), Sölvi Vatnhamar ("Vikinqur"), Yohannes Byartalid ("Klaksvik"), Arni Frederiksberb ("NSİ Runavik")

Hücumçular: Yohan Simun Edmundsson ("Arminiya", Almaniya), Klemint Olsen ("NSİ Runavik"), Yakub Tomsen ("Hafnarfyordur", İslandiya).

Qeyd edək ki, Farer adaları noyabrın 17-də Bakıda yığmamızın qonağı olacaq, bundan 3 gün sonra isə Malta ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest