APOEL-in isveçrəli futbolçusu Draqan Mihayloviç Kipr çempionatının 8-ci turunda AEK-lə qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra fikirlərini bildirib. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Avropa Liqasında "Qarabağ"la qarşılaşacaqları oyun haqda da danışıb:
 
"Biz hər oyunda qələbə qazanmaq istəyirik. Xüsusilə də ev oyunlarında qələbədən başqa heç nə düşünmürük. Meydanda var gücümüzü qoymağa çalışdıq. Xeyli qol imkanlarımız da oldu. Amma görünür qol vurmaq üçün daha yaxşı ötürmələr etməyimiz lazımdı. Bir qol vursaydıq, matç tam fərqli alınacaqdı. Belə olan halda azı 2-3 qol fərqiylə qalib gələrdik. Lakin rəqib böyük qüvvəylə müdafiə olunurdu. APOEL-lə oyunlarda rəqib komandalar 10 futbolçu ilə müdafiə olunur. Oyunumuzu yaxşılaşdırmışıq. Belə davam etsək, tezliklə zirvəyə yüksələcəyik.
 
"Qarabağ"la oyunda meydanda ölməliyik. Hər kəsə daha yaxşı komanda olduğumuzu göstərmək istəyirik. Qələbə qazanmalıyıq".
 
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun APOEL – "Qarabağ" oyunu noyabrın 7-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest