İngiltərə Kubokunun ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan "Malbarton Uonderers" və "Vudford Taun" komandaları arasındakı qarşılaşma baş hakimin kobud səhvi səbəbindən yenidən keçiriləcək.
Matc.az xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb.
Bildirilir ki, bu il sentyabrın 19-da təşkil olunan ilk matçda "Malbarton" rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Lakin görüşün gedişində "Vudford" rəqib qapısına penalti zərbəsi qazanıb. Baş hakim bu qolu qeydə almayıb, çünki 11 metrlik cərimə zərbəsi yerinə yetirilən zaman "Vudford"un futbolçuları rəqibin cərimə meydançasına daxil olublar.
Reqlamentə əsasən, referi penaltinin yenidən vurulması barədə göstəriş verməli olduğu halda, bunun əvəzinə "Malbarton"un oyunçularının sərbəst zərbə yerinə yetirməsinə qərar verib.
Nəticədə "Vudford Taun" bu matçın nəticəsi ilə bağlı İngiltərə Futbol Assosiasiyasının Peşəkar Futbol Komitəsinə apellyasiya şikayəti ünvanlayıb və qurum sonda klubun şikayətini təmin edib.
"Malbarton Uonderers" komitənin bu qərarından məyus olduğunu gizlətməyib. Klub bəyan edib ki, bu hadisə İngiltərə Kubokunda çıxış edən digər komandalar üçün bir presedentə çevrilə bilər.
Qarşılaşma bu çərşənbə axşamı, sentyabrın 29-da yenidən keçiriləcək.













