Azərbaycan millisinin noyabrda keçiriləcək matçlarına çağırılan futbolçuların yığmadakı oyun və qol göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasındakı son iki qarşılaşma 11 futbolçu üçün əlamətdar ola bilər.
Bu "11-lik"dən üçü millidəki debüt anını gözləyir. Emil Balayev, Şəhriyar Əliyev və Mirabdulla Abbasov indiyədək şərəfini qorumadığı komandada ilk oyununu keçirsə, yığma tarixinin futbolçuları siyahısına düşəcək.
Digər 8 futbolçu üçün isə qarşıdakı görüşlər yubiley xarakteri daşıya bilər. Onlardan 5-i artıq noyabrın 17-də Farer adaları ilə qarşılaşmada bunu rəsmiləşdirmək imkanına malikdi.
Əfran İsmayılovla Bədavi Hüseynov 40-cı, Araz Abdullayev 30-cu, Emin Mahmudovla ürfan Abbasov isə 10-cu dəfə yığma forması geyinmək üçün növbəti iki dueldən birində meydana çıxmalıdı.
Digər üç oyunçu isə yubileyi rəsmiləşdirməkdən ötrü həm Bakı Olimpiya Stadionunda, həm də üç gün sonra Kosovo səfərində şans qazanmalıdı. Kamran Ağayev 80-ci, Rüfət Dadaşov 20-ci, Təmkin Xəlilzadə isə 10-cu oyunun iki addımlığınadı.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri Millətlər Liqası çərçivəsində noyabrın 17-də Bakı Olimpiya Stadionunda Farer adaları, 20-də isə səfərdə Kosovo yığması ilə qarşılaşacaq.
futbolçu |
oyun |
qol |
Kamran Ağayev |
78 |
-119 |
Rahid Əmirquliyev |
60 |
3 |
Maksim Medvedev |
52 |
3 |
Qara Qarayev |
46 |
0 |
Bədavi Hüseynov |
39 |
0 |
Əfran İsmayılov |
39 |
5 |
Dmitri Nazarov |
35 |
7 |
Araz Abdullayev |
29 |
3 |
Ruslan Qurbanov |
25 |
1 |
Rüfət Dadaşov |
18 |
4 |
Ramil Şeydayev |
16 |
1 |
Pavel Paşayev |
15 |
0 |
Riçard Almeyda |
12 |
3 |
Səlahət Ağayev |
12 |
-8 |
Cavid İmamverdiyev |
11 |
1 |
Mahir Mədətov |
11 |
1 |
Emin Mahmudov |
9 |
1 |
ürfan Abbasov |
9 |
1 |
Təmkin Xəlilzadə |
8 |
1 |
Rahil Məmmədov |
6 |
0 |
Tural Axundov |
2 |
0 |
Emil Balayev |
0 |
0 |
Mirabdulla Abbasov |
0 |
0 |
Şəhriyar Əliyev |
0 |
0 |