UEFA Millətlər Liqası turniri çərçivəsində keçiriləcək Azərbaycan – Farer adaları oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı dəqiqləşib. Matç.az saytı xəbər verir ki, bu tədbirlər noyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmadan bir gün əvvəl baş tutacaq.

Noyabrın 16-da öncə Farer adaları milli komandasının mətbuat konfransı başlayacaq. Tədbir saat 16:30-da start götürəcək. Saat 17:00-da başlayacaq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov və bir neçə oyunçunun iştirak edəcəyi mətbuat konfransına saat 18:30-da start veriləcək. 30 dəqiqə sonra isə komandamızın son məşqçi gerçəkləşəcək. Hazırlıq prosesinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

Hər iki mətbuat konfransı və məşq Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest