Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Farer adalarının heyətində dəyişiklik edilib. Matç.az saytı xəbər verir ki, V turun noyabrın 17-də keçiriləcək görüşündə millimizlə üz-üzə gələcək şimallılar Yohan Seymun Edmundsonun xidmətindən məhrum olub.

"Arminiya" klubunun futbolçusu Almaniyanın 2-ci Bundesliqasının "İnqolştadt"la görüşündə dizindən zədələnib. Bu üzdən də Edmundsonun Azərbaycan və Maltaya qarşı oynaya bilməyəcək.

Baş məşqçi Lars Olsen onun əvəzini U-21-dən oyunçu çağırıb. Bu, gənclər yığmasında 11 matçda 4 qol vuran Maynhard Eqilsondu.

Qeyd edək ki, noyabrın 17-də keçiriləcək Azərbaycan – Farer adaları matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest