"Seçmə mərhələnin son oyunlarına yaxşı hazırlaşmışıq. Komandada optimist əhval-ruhiyyə hökm sürür". Matç.az saytı xəbər verir ki, bu sözləri Kosovo millisinin hücumçusu Vedat Muriç deyib.

Kosovo Futbol Federasiyasının saytına açıqlama verən "çaykur Rizəspor"un forvardı komandasının UEFA Millətlər Liqasındakı oyunları haqqında fikirlərini bölüşüb: "Qarşıdakı günlərdə hazırlıqları başa vuracağıq və Malta ilə vacib görüşə çıxacağıq. Həmin oyunda qrupdan çıxmaq məqsədimizə nail olacağımıza, sonrakı Azərbaycanla matçı isə istirahət üçün oynayacağımıza inanıram".

O, millinin heyətində az-az fərqlənməsi ilə bağlı tənqid olunmasına da münasibət bildirib: "Hücumçu olaraq əsas vəzifəmin qol vurmaq olduğumun fərqindəyəm, amma bəzən buna nail oluram, bəzən isə yox. Əsas məsələ komandanın qələbə qazanmasıdırsa, kimin qol vurması o qədər də önəmli deyil".

Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo millisi üç gün sonra yığmamızı qəbul edəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest