"Əvvəl federasiyadan zəng vurub dəvət etdilər, dərhal hazır olduğumu bildirdim". Matç.az saytı xəbər verir ki, bunu Kosovo millisinin hücumçusu Şkelqim Demhasay deyib.

Kosovolular UEFA Millətlər Liqasının son iki turunda Malta və Azərbaycanla qarşılaşacaq. Yerli futbol federasiyasının rəsmi saytına danışan 22 yaşlı futbolçu son anda dəvət almasına sevindiyini bildirib. O, hədəflərinin qrup birinciliyi olduğunu söyləyib: "Burda çox gözəl qarşılandım. Kosovo millisinin heyətində yer aldığım üçün xoşbəxtəm. İndi üzərimizə düşən qarşıdakı oyunlara yaxşı hazırlaşmaq və 6 xal toplamaqdı. Bu, bizim üçün çox vacibdi. Kimin oynamasının elə bir önəmi yoxdu. Əgər mənə şans verilsə, maksimum gücümü ortaya qoyacam. Kosovonun bütün matçlarını izləmişəm. Uşaqlar çox yaxşı çıxış edirlər".

Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo bundan 3 gün sonra millimizi qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest