16 Dekabr 2019, 09:34
FUTBOL
Məşhur braziliyalı mütəxəssis Vanderley Luşemburqunun yeni komandası müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, 67 yaşlı çalışdırıcı "Palmeyras"la anlaşıb.
Təcrübəli baş məşqçi klub rəhbərliyi ilə 2 illik müqavilə bağlayıb. O, bu postda Manu Menezesi əvəz edib.
Qeyd edək ki, Vanderley Luşemburqu məşqçilik karyerası ərzində 5-ci dəfə "Palmeyras"a təyin olunub. O, sonuncu dəfə 2009-cu ildə bu komandanı çalışdırıb.