Oman millisinin baş məşqçisi Ervin Kuman istefaya göndərilib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Oman Futbol Federasiyası rəsmi saytı vasitəsilə yayıb.

Omanlılar 58 yaşlı hollandiyalı mütəxəssisi vəzifəsindən qovduqlarını bəyan ediblər. Federasiya Körfəz Kuboku turnirindəki uğursuz çıxışa görə, bu addıma əl atıb.

Qeyd edək ki, Ervin Kuman Oman yığmasına bir neçə ay əvvəl baş məşqçi təyin olunmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest