"İki həlledici oyuna çıxacağıq. Hazırda bütün diqqətimizi Malta ilə görüşə yönəltmişik". Matç.az saytının məlumatına görə, bunu Kosovo yığmasının mərkəz müdafiəçisi Amir Rahmani deyib.

24 yaşlı futbolçu federasiyanın rəsmi saytına açıqlamasında Millətlər Liqasının Malta və Azərbaycanla keçiriləcək son oyunlarına hazır olduqlarını söyləyib: "Təbii ki, qarşıdakı oyunları itkisiz başa vurmaq çox çətin olacaq. Xüsusən də, Malta ilə oyun kənardan təxmin edildiyi kimi asan olmayacaq. çünki Maltanın şansı qalmasa da, onlar nüfuz üçün mübarizə aparacaqlar. Buna görə də, səfər qarşılaşmasına çox ciddi yanaşırıq. Hesab edirəm ki, 3 xal qazanmaq gücündəyik. Əks təqdirdə, Azərbaycanla son matçda işimiz daha çətin olar".

Qeyd edək ki, noyabrın 17-də Maltanın qonağı olacaq Kosovo bundan 3 gün sonra millimizi qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest