"Məqsədimiz son tur öncəsi aktivimizə növbəti 3 xalı yazdırmaqdı. Qrupun favoriti bizik və bu cür də irəliləmək istəyirik".
"Heç bir oyun asan olmur. Bununla belə, Maltaya 3 xal dalınca gedirik". Matç.az saytı xəbər verir ki, bu sözlər Kosovo yığmasının yarımmüdafiəçisi Hekuran Kryezyuya məxsusdu.
Millətlər Liqasında D Liqasının III qrupuna başçılıq edən Kosovo son oyunlarını Malta və Azərbaycana qarşı keçirəcək.
Bununla bağlı Kosovo Futbol Federasiyasının rəsmi saytına fikirlərini bildirən 25 yaşlı oyunçu qrupun favoriti olduqlarını söyləyib: "Bəlkə də, digər cütlükdə Azərbaycanın nə etdiyinə baxmalıyıq. Ancaq yenə də, onların Farer adaları ilə matçda əldə edəcəyi istənilən nəticə bizi narahat etməməlidi. çünki məqsədimiz son tur öncəsi aktivimizə növbəti 3 xalı yazdırmaqdı. Qrupun favoriti bizik və bu cür də irəliləmək istəyirik".
Qeyd edək ki, son iki tur öncəsi Kosovo 8 xalla qrupa başçılıq edirsə, millimizin aktivində 6 xal var.