16 Noyabr 2018, 12:16
PARİS-2024
"Bakıya qələbə dalınca gəlmişik. Başqa yolumuzun olmadığını bilirik". Matç.az saytı xəbər verir ki, bunu Farer adaları yığmasının hücumçusu Yakub Tomsen deyib.
Farerlilər Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq. Bununla bağlı yerli mətbuata danışan 21 yaşlı forvard qol vurmaq arzusunda olduğunu gizlətməyib: "Qrup birinciliyi şansını davam etdirmək istəyiriksə, mütləq qalib gəlməliyik. Bakıda qol vuraraq, komandama kömək etmək istəyirəm. Əgər baş məşqçi şans versə, bundan maksimum dərəcəsə yararlanmağa çalışacam".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları görüşü 21:00-da start götürəcək.