16 Noyabr 2018, 13:00
PARİS-2024
FİFA referisi Əliyar Ağayev Millətlər Liqasının oyununa təyinat alıb. Matç.az saytı xəbər verir ki, həmyerlimiz Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.
Noyabrın 19-da keçiriləcək oyun Orxus şəhərindəki Ceres Park stadionunda baş tutacaq.
Ağayevə Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.