"Yuventus" qış transfer dönəmində daha bir gənc futbolçunu heyətinə cəlb edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Siena"nın yarımmüdafiəçisi Yannik Kotter Turin klubu ilə anlaşıb.

18 yaşlı sol cinah oyunçusunun "qoca sinyora"ya keçidi məsələsi həllini tapıb. Yalnız rəsmi müqavilənin imzalanması prosesi qalıb. Transferin detalları barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Yannik Kotter "Siena"nın əsas komandasının heyətində 2 oyun keçirib. Əvəzedici heyətdə keçirdiyi 15 matçda isə 5 dəfə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest