"Lester"  iki əsas oyunçusunu əldən çıxarmaq istəmir. Matc.az xarici mətbuata istinadən bildirir ki, "tülkülər" mövsümə yaxşı başlayan çağlar Söyüncü və Jeyms Maddisonu satmaq niyyətində deyil.

Bu barədə komandanın baş məşqçisi Brenden Rodcers açıqlama verib. O, çağlar və Jeymsin mövsümün ikinci yarısında da  komandada olacaqlarını bildirib.

Qeyd edək ki, "Lester"də çıxış edən Türkiyə millisinin oyunçusu çağlar Söyüncünün "Mançester Siti"yə transfer olacağı deyilir. İngiltərə mətbuatında yer alan xəbərlərə görə, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola türkiyəli müdafiəçini komandasında görmək istəyir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest