"Neftçi" futbolçusu Rauf Əliyevlə yollarını ayırıb. Matc.az paytaxt klubunun saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçunun müqaviləsi ləğv edilib. Futbolçunun "ağ-qaralar"la mövsümün sonuna qədər sözləşməsi var idi.

Qeyd edək ki,  Əliyev ötən ilin iyununda "Qəbələ"dən "Neftçi"yə keçmişdi. O, bu mövsüm "Neftçi"nin heyətində 15 oyunda meydana çıxıb, 2 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest