"Qarabağ"da vaxt keçdikcə baş məşqçi mənə güvənməməyə başladı. Bu da vəziyyətimə təsir etdi. Məşqlərdə 100 faiz gücümlə çalışırdım, fərdi hazırlıq edirdim. Sadəcə, bir az oyun praktikamı itirmişdim. Amma indi "Levski"nin heyətində hazırlıq keçib, vəziyyəti düzəldəcəm".

"Qarabağ"dakı ilk mövsümümdə hər şey normal idi, müntəzəm oynayırdım. Ancaq Azərbaycan klubunda son vaxtlar vəziyyətim heç də yaxşı deyildi". Matc.az saytının məlumatına görə, bunu "Qarabağ"ın sabiq futbolçusu Simeon Slavçev deyib.

Qış fasiləsində Azərbaycan çempionu ilə müqaviləsinə xitam verən və vətəni Bolqarıstanda "Levski" klubu ilə anlaşan yarımmüdafiəçi yerli mətbuata geniş müsahibə verib. O, ölkəmizdə karyerasının uğurlu alınmamasını belə əsaslandırıb: "Qarabağ"da vaxt keçdikcə baş məşqçi mənə güvənməməyə başladı. Bu da vəziyyətimə təsir etdi. Məşqlərdə 100 faiz gücümlə çalışırdım, fərdi hazırlıq edirdim. Sadəcə, bir az oyun praktikamı itirmişdim. Amma indi "Levski"nin heyətində hazırlıq keçib, vəziyyəti düzəldəcəm".

Slavçev "Qarabağ"da, eləcə də formasını geyindiyi digər klublarda müəyyən problemlər yaşadığını da vurğulayıb: "Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oynamışam. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir məqam hamısı üçün eynidi. Onlar ilk növbədə öz oyunçularına dəyər verir, sonra əcnəbilərə. Oynadığım komandalar ilk növbədə yerlilərə şans verirdilər. Əcnəbi arxa planda olurdu. Həmçinin azarkeşlər də öz futbolçularını daha çox sevirlər".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest