"ölkəyə həftənin ikinci günü gəlmişik. Komandada yorğunluq yoxdu". Matç.az saytının məlumatına görə, bunu Farer adaları yığmasının baş məşqçisi Lars Olsen deyib.

Farerlilər Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sabah Azərbaycan millisinin qonağı olacaq.

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Olsen bu sözləri deyib: "Futbolçular sabahkı görüşə tam hazırdı. Heyətdə zədəli futbolçunun olmaması sevindiricidi. ötən ay Azərbaycanla evdə qarşılaşmışdıq. Kobud səhvlərə yol vermişdik və nəticədə rəqib bizi cəzalandırmışdı".

- Bakıya erkən səfəriniz nə ilə bağlıdı: iqlimdən, yoxsa mümkün məğlubiyyətdən qorxursunuz?

- Bakıda da Farer adaları ilə eyni hava şəraitidi. Uzun səfər etmişik. Həftənin ikinci günü gəlməyimizin səbəbi də uyğunlaşmaq istəyidi. Evdə rəqiblə başabaş oynamışdıq. Sabah da bu cür olmasını gözləyirəm".

- Mətbuatda sizin start "onbirliy"iniz yazılmışdı. Həqiqətən də, bu heyətlə çıxış edəcəksiniz, yoxsa bu, aldadıcı ola bilər?

- Heç vaxt "11-lik" elan etməmişəm. Ola bilsin ki, bu hansısa media mənsubunun ixtirasıdı.

- Futbolçu sanki konfrans zalını gərgin, əsəbi tərk etdi. Düşünmürsüz ki, verdiyimiz suallar yetirmənizin sabah qırmızı vərəqə almasına səbəb ola bilər?

- Belə deməzdim. Futbolçularım çox sakitdi. Sabah da əvvəlki görüşlər kimi davranacaqlar. Bizim evdə və ya səfərdə oynamağımızın fərqi yoxdu. Oyuna yanaşmağımız eynidi.

- Evinizdəki oyunda mətbuat konfransına gəlməmişdiniz. Sabah da məğlub olsanız, eyni addımı ata bilərsiniz?

- Xeyr, bu, baş verməyəcək. Burda olmağımı istəyirsinizsə, nəticədən asılı olmayaraq, konfransa qatılacam.

- Qrupun favoriti sizcə kimdi: Kosovo, yoxsa Azərbaycan?

- Xeyr, Bu məsələ ilə bağlı öz fikrimi bildirəcəm. Kapitan kimi, öz komandamı qeyd etmək çətindi. Qrupda qarşılaşdığımız ən güclü rəqib Kosovo idi. Favorit onlardı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest