"Oyunla bağlı çox danışmaq lazım deyil. Sabahkı matçın necə vacib olduğunu bilirik". Matç.az saytı xəbər verir ki, bu sözlər Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşova məxsusdu.

Hücumçu Millətlər Liqasının qrup mərhələsində Farer adaları ilə oyunöncəsi keçirilən mətbuat kondransında fikirilərini bölüşüb: "Əlimizdən gələni edəcəyik ki, həm yaxşı oynayaq, həm də uğurlu nəticə qazanaq".

- Farer adaları daha çox standart vəziyyətlərə üstünlük verir. Bunun sizin üçün bir fərqi varmı?

- Bütün diqqətimiz öz oyunumuzdadı. Bizdə də standart vəziyyətdən yaxşı yararlanan futbolçular var, başla oynaya bilirik. Rəqibin başla oynamaq gücündən çəkinmirik. Bundan çəkinmirik və hazırıq.

- Almaniyadan gələndə qarşıdakı iki oyunda qol vuracağınıza dair kiməsə söz vermisinizmi?

- Heç vaxt heç kimə söz vermirəm ki, qol vuracam. Qol vurmaq mənim işimdi. Amma sabah kimin qol vurmağı vacib deyil. Əsas odu ki, qələbə qazanaq və Kosovo ilə matça daha yaxşı motivasiya ilə çıxaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest