"Qarabağ"ın futbolçusu Simeon Slavçev Bolqarıstan millisində növbəti oyununu keçirib. Matç.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Millətlər Liqasının V turunun iştirakçısı olub.

O, yığmasının Kiprlə səfər oyununda start heyətində yer alıb. Simeon 1:1 hesabı ilə başa çatan qarşılaşmanın 82-ci dəqiqəsində əvəzlənib.

Qeyd edək ki, Slavçev Millətlər Liqasının 5 turunda 4 oyun keçirib, 320 dəqiqə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest